Sosial Media Marketinq

Sosial Media Marketinq

     Sosial Media Marketinqi size özəl marketinq yollarından biridir. Sosial şəbəkələrdə edilən reklam, viral videolar, anketler, səhifə idarəsi kimi bir çox mövzunu özündə birləşdirir. Sosial şəbəkələrdə trend olmaq və istifadəçilərə çatmaq asan deyil. Sosial media hədəfini seçmək, hədəf kütlə ilə əlaqə yaratmaq, istifadəçilərdən geri dönüş almaq, brendin populyarlığını artırmaq, hədəf kütləni və rəqibləri izləmək, haqqında danışılacaq brendə çevrilmək, ictimaiyyətlə əlaqələri gücləndirmək, müştərilərlə münasibətləri gücləndirmək, xərcləri azaltmaq və satışı artırmaq sosial media marketinqinin təsirlərindəndir.

     Hal-hazırda kiçikdən böyüyə hər kəsin sosial şəbəkələrdə aktivliyi nəticəsində sosial marketinqin effektiv olmaması qeyri-mümkündür. Hər kəsin maraqlarına uyğun reklamların göstərilməsi üçün hədəf kütlənin düzgün seçilməsi mütləqdir. Sosial media reklamlarında xərclərin az olması və yaradıcı fikirlərin olması onlardan istifadəni hər gün daha da artırmaqdadır.