Bəzi mütəxəssislər və yaxud şirkətlər marka və yaxud məhsulun müəyyən hədəflərinə əsasən təşkilatçılıq fəaliyyətləri göstərərək, onun tanıtımını həyata keçirir.
Açılış mərasimləri, brendin yaranmasının il dönümləri, yeni məhsul təqdimatları, moda və yaxud rəsm sərgiləri, musiqili şou və ya konsertlərin təşkili, dadım testləri və s. buna misal göstərilə bilər. Event təşkilatının əsas vəzifəsi hədəf kütləni seçməkdir. Seçilmiş marketinq strategiyası vasitəsi ilə birbaşa tədbirə marağı olan insanları cəlb etmək mümkündür.
Təqdimatın önəmi seçilən təşkilatçılardan birbaşa asılıdır. Təşkilatçıların ictimai əlaqələri güclü olduqda təqdimat və tədbirlərdən xüsusi geri dönüşlər alına bilər.