Yaradılmş yeni şirkətə qazandırılmalı dəyər adından, simvolundan, tərzindən başlanır, onu digər məhsul və xidmətlərdən fərqləndirən dəyərin formalaşdırılması prosesi həm yaradıcılıq, həm də vaxt tələb edir. Tapacağınız ad və hekayə məhsulun brend dəyərini müəyyənləşdirir. Digər diqqət olunan nüanslar isə tələffüzünə diqqət, adın bir hekayəsinin olması, ilham verici olması, özəl olması, sadəcə maddi yönümlü olmaması və s. olmalıdır.
Brendinq marketinqlə sıx əlaqəlidir, müştərilərin ehtiyaclarını və istəklərini yaxşı qavrayıb, bir sıra strategiyalar hazırlayıb şəxslərə və şirkətlərə yönəlmə prosesidir. Məqsəd burada sahib olunan müştəri potensialını qoruyaraq, yeni müştərilərə də çata bilməkdir.
Bazarda firma və məhsul sayının artması nəticəsində marketinqin önəmi artmaqda davam edir. Bu artıma və inkişafa ayaq uydurmaq üçün marketinqdə olan bütün yeniliklərə ayaq uydurmaq şərtdir.