"The Magical Photography Tour" (fotomüsabiqə)

28.11.2017Fidan Nasibova431 dəfə oxunub Xəbərlər
"The Magical Photography Tour" (fotomüsabiqə)

Bayram ab-havası yaxınlaşır! Foto çəkməyi sevirsənsə və bu ilini daha da yadda qalan etmək istəyirsənsə, bu fürsəti qaçırma. Blogstar bütün həvəskar fotoqrafları yeni il ərəfəsində baş tutacaq "The Magical Photography Tour" adlı foto müsabiqəyə dəvət edir. Müsabiqənin əsas məqsədi potensiallı gəncləri aşkar edib, onlara yüksəlişə şərait yaratmaqla yanaşı seçilmiş iştirakçılara gözəl yeni il hədiyyəsi etməkdir. Fotolar aşağıda göstərilən kriteriyalarda qəbul olunur:

- Şəklin janrı: Peyzaj, gündəlik həyat (food, fashion, composition), portret

- Dijital format: Monoxrom (ağ-qara) və Rəngli

- Ölçü və format: 1-5 MB ölçülü .JPEG

Digər qaydalar: Şəkildə qətiyyən imza, tarix, logo tipli artıq yazılar olmamalıdır, ən əsası isə müsabiqəyə qatılan iştirakçılarımıza peşəkar fotoqraf olmamalıdır. Kriteriyalara uymayan fotolar ilk mərhələdən diskvalifikasiya olunacaqdır.

Müsabiqə üç mərhələdən ibarətdir:
İlk mərhələ kriteriyaların yoxlanışı, ikinci mərhələ peşəkar fotoqraflar tərəfindən seçim və sonuncu mərhələ isə finala ad qazanmış iştirakçıların fotolarının sərgilənməsi. Fotolar məşhur fotoqraflar Gülçin Məmmədova , Zaur Nəcəfbəyov və 3-cü sürpriz münsif tərəfindən qiymətləndiriləcək. Final mərhələsi isə Blogstarın kreativ dəstəkçiləri ilə finalçıların rəsmlərinin peşəkarlara sərgilənməsi və hər üç janr üzrə qalibin təyin olunması ilə keçiriləcək. Hər üç qalibi bir-birindən gözəl hədiyyələr və Blogstar.az saytında xəbərinin dərci gözləyir. Ən əsası isə hədiyyələrimiz sizin üçün dönüş nöqtəsi ola bilər.

Bizə nə qədər parlaq olduğunuzu göstərin! Həvəskar olamağına baxmayaraq, bir o qədər də bacarıqlısansa bizə qoşul!

Son qeydiyyat tarixi: 18 dekabr 2017

Fotoları E-mail adresinə göndərə bilərsiniz: [email protected]