"The Magical Photography Tour" Fotosərginin qalibləri açıqlandı!

Əziz Blogstar izləyiciləri, artıq uzun müddətdir ki, həvəskar olaraq fotoqrafiya ilə məşğul olanlara öz fotoşəkillərini sərgiləmək üçün təşkil etdiyimiz fotosərgi baş tutdu. Fotosərgidə yarı finala keçid haqqı qazanmış 14 nəfərin fotoşəkili sərgiləndi. Və ilk 3 yerin adı açıqlandı :
1. Yusif Əliyev
2. Zöhrab Hacıyev
3. Aliya Mollayeva
Sponsorlarımız Zoom Gallery, La Rose, Naveen, Bənövşəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən hədiyyələri və sertifikatları təqdim olundu. Fotosərginin ilk addımlarında bizimlə birgə olan və fotoşəkillərin qiymətləndirilməsində bizə kömək göstərən münsiflərimizə Gülçin Məmmədova, Zaur Nəcəfbəyov və Emil Hüseynzadəyə təşəkkürlərimizi bildiririk.