Metamorfoz nədir ?

20.09.2018Bənövşə Zeynallı1520 dəfə oxunub Blogstar Akedemiya
Metamorfoz nədir ?

Metamorfoz nədir?

Metamorfoz- bloq sahəsində düzgün istiqamət seçmək, düzgün istiqamətdə irəliləmək və ən əsası işə peşəkar yanaşmaq yolunda sahəyə yeni başlayan şəxslərə dəstək məqsədilə yaratdığımız, peşəkar bloqerliklə bağlı layihədir. Bu layihə çərçivəsində ötən aylarda kursun ilk qrupu məzun olmuş və kursu uğurla başa vuran iştirakçılar bloq sahəsinə qatılaraq, fəaliyyətlərini bu istiqamətdə davam etdirmişlər. 2 ay davam edən Metamorfoz kursu ərzində iştirakçılar peşəkar təlimçilər tərəfindən müxtəlif sahələr üzrə biznes və reklam yönümlü təlimlər keçərək, təcrübə qazanmış olurlar.
Kurs çərçivəsində blogerliyə başlamaq və onu peşəkar davam etdirərək irəliləmək üçün bütün addımlar detallı olaraq öyrədiləcək.
İndi isə kurs müddətində gənclərə dəstək olacaq təlimçilərimizi sizə təqdim edirik.
Kurs çərçivəsində blogerliyə başlamaq və onu peşəkar davam etdirərək , irəliləmək üçün bütün addımlar detallı olaraq öyrədiləcək.
İndi isə kurs müddətində gənclərə dəstək olacaq təlimçilərimizin bir qismini sizə təqdim edirik.
 Blog üçün veb saytın yaradılması üzrə Orxan Həmzəyev, vloggerliklə bağlı Lalə Əhmədova (@eh_laleh) , səhifənin düzgün və effektiv idarə edilməsi ilə bağlı SMM üzrə Fərid Pərdəşünas. Food bloggerliklə bağlı Çinarə Ələkbərova (@solairss) ,  qrafik dizayn üzrə isə Sevda Bağırova (@sevasboss) .
Səhayət üzrə bloger Nərmin Knyaz (@narminknyaz), dijital PR üzrə İnara Babayeva (@goldynana)  kurs iştirakçıları ilə öz bilik və təcrübələrini bölüşdülər.