Blogstar

Ana səhifə / Media arxivi / Bloqerlərin etiyi 10 səhv

Məqalələr ·

Bloqerlərin etiyi 10 səhv

Bloqerlərin etiyi 10 səhv

Öncəliklə bloqer kimdir? Kimlərə deyilir? Qısaca məlumat verək.

Blogger müəyyən bir sahə haqqında kontent hazırlayan və müəyyən üsullarla onu paylaşan şəxsdir. Xüsusilə son dövrlərdə internet üzərindən sosial şəbəkələr vasitəsilə müəyyən kütləyə sahib olan şəxslərə deyilir. Bir çox istiqamətləri mövcuddur: dəb, makiyaj, life style (həyat tərzi), DIY(əl işləri) və s.

Təbii ki, hər işdə olduğu kimi bu işdə də müəyyən səhvlərə yol verilir. Onlar hansılardır?

1. Mətn yazarkən “W”, “sh”  kimi qrammatik səhvlər edilir. İlk olaraq öz blogunuzda və yaxud öz səhifənizdə mətn paylaşacaqsanız o, Azərbaycan dilində olmalıdır. Təbii ki, bildiyiniz başqa dilləri də əlavə edə bilərsiniz.

2. “Dağınıq “   bir səhifə bloqer üçün mənfi haldır. Nəticə olaraq biz şəkillərə önəm verməliyik.  Bir bloqer üçün səhifə  onun portfoliosudur . Nə qədər düzgün idarə etmiş olsanız izləyici sayı da bir o qədər artar.

3. İnstagram üçün təbii ki, yazıdan öncə şəkil vacibdir. Bunlar üçün əsas nüanslardan biri “porfolio” rəng uymu, aydın çəkilmiş şəkillərdir.

4. Səhifəni düzgün idarə etmək, bir mövzu haqqında irəliləmək önəmlidir. Fashion (dəb) blogeri olub food ( yemək) blogeri kimi şəkillər yükləmək yalnışdır.

5. Təbii ki, səhifə açmazdan öncə ad seçimi düzgün olmalıdır. Düzgün ad hər zaman insanların diqqətini cəlb edir. Məsələn : hər hansı səhifə adının sonu  book  və ya food’ la bitib lakin,  fashiona aid paylaşımlar etmək yalnışdır.

6. Səhifənin  öz seçimi olmalıdır və iki müxtəlif  mövzu haqqında yazmaq, şəkil paylaşmaq olar. Bu,  düzgün idarə edilib, seçildikdə mümkündür.

7. Səhifə mövzusu nə olur olsun, əsas məqsəd insanlar üçün faydalı, düzgün, məlumat verməkdir. Kontenti (məzmunu) müəyyən etmək, yaratmaq səhifə üçün əsas faktorlardan biridir.

8. Səhifə idarə etmək , müəyyən izləyici kütləsinə sahib olmaq bunlar gözəl nüansdır. Lakin, belə bir gerçək var ki, hər kəs sizi sevə bilməz, sizin bəyəndiklərinizi bəyənə bilməz və sizə bəzən aqressiv şəkildə öz rəyini  bildirə bilər. Bu kimi hallarda sizin edecəyiniz etik qaydalara riayət edərək aqressiyanı müsbət rəyə çevirmək olacaq, əks halda hisslərinizə mane olmayıb cavab yazarsanız bir nəfərə qarşılıq bir neçə nəfər itirə bilərsiniz.

9. …

Oxşar materiallar

Blogstar ilə işləyək

Kampaniya, təlim və ya əməkdaşlıq barədə sorğunuzu göndərin. info@blogstar.az

Sorğu göndərin