Ana səhifə / Media arxivi / Bloggerliyin ilkin mərhələləri üçün tövsiyələr
Məqalələr ·Bloggerliyin ilkin mərhələləri üçün tövsiyələr
Bu gün bir blog sahibi olmaq artıq çox asandır. Pulsuz proqramlar və internet vasitəsilə tapa biləcəyiniz sayısız qaynaq ilə blogunuzu dəqiqələr içərisində qurub həyata keçirə bilərsiniz.
Lakin əsl iş bundan sonra başlayır. Əgər blogunuzu yalnız özünüz üçün yazmır və insanların da izləməsini istəyirsinizsə, əlinizdəki ən əhəmiyyətli vasitə məzmun olacaqdır. İstər tək nəfərlik nəhəng bir heyətə, istər çox yazarlı bir quruluşa sahib olsun, blogunuzun məzmununa lazımlı əhəmiyyəti verməzsəniz bir müddət sonra ziyarətçi statistikalarına baxmaq sizdə öz-özünüzə danışırmış effekti yaradacaq.
Xüsusilə yeni başlayan və orta səviyyə blog yazarlarının işinə yarayacağını düşündüyümüz, məzmunla əlaqədar 8 əhəmiyyətli ipucunu bir araya gətirdik.
Yazdıqlarınızın oxumasını istəyirsinizsə, hədəf kütlənizdə kimlərin olduğunu, nəyi sevib, nəyi sevmədiklərinirini anlamağa çalışmaq məcburiyyətindəsiniz.
Başlanğıcda hədəf kütlənizlə əlaqədar təxminləriniz 100% müvəffəqiyyətli təxminlər olmaya bilər. Heç düşünmədiyiniz tip istifadəçilər sizi izləməyə başlaya bilər. Bu vəziyyət son dərəcə təbiidir.
Hazırladığınız məzmun sizin başlanğıcda hədəf olaraq seçdiyinizdən fərqli bir kütlənin marağını çəkə bilər. Məsələn siz photobloggerlərə xitab etməyi planlaşdırdığınız halda dəblə maraqlı, amma yeni başlayan istifadəçilər saytınızı daha faydalı görmüş ola bilərlər.
Əgər bu maddənin sualına "Özüm üçün yazıram." cavabını verdinizsə, sizə 20 dəqiqə artıq vaxt itirməməyiniz üçün birbaşa sonuncu bəndə keçməyinizi tövsiyə edirik.
Xüsusilə yazmağa yeni başlamısınızsa, qısa müddət sonra bunun sandığınız qədər asan bir iş olmadığının fərqinə varacaqsınız. İlk zamanlarda gündə bir neçə dəfə yeni yazı paylaşarkən, bir müddət sonra həftədə bir neçə dəfə, daha sonralar isə ayda bir-iki yazıya düşə bilər.
Bu vəziyyətdə çoxu zaman blog boş qalmasın, nəşr olunan yazıların arasında çox uzun müddət olmasın deyərək asan yoldan məzmun əldə etmək ağla gəlir. Bir müddət sonra özünüzü hər gün başqa blogların və ya nəşrlərin məzmununu kopyalayarkən tapa bilərsiniz. Bu blogunuzun sonu deməkdir. Çünki oxucular üçün bu yazıların orjinal qaynağına çatmaq və xüsusi məzmunları qaynağından təqib etmək heç də çətin …
Oxşar materiallar
- Kontent yaratmaq üçün 6 alət →
- TooFun tətbiqi bizə nə qazandırır ? →
- Bloqerlərin etiyi 10 səhv →
- Fotoblog nədir? Necə Foto Blogger olmaq olar? →
Blogstar ilə işləyək
Kampaniya, təlim və ya əməkdaşlıq barədə sorğunuzu göndərin. info@blogstar.az
Sorğu göndərin