1. Ana səhifə
  2. No Fake!

No Fake!

Müəllif : Bənövşə Zeynallı
Əlavə olunub : 07.17.2018

Bloqerlik internet üzərində qurulub, sosial media vasitəsi ilə insanlara xidmət edən platformadır. Çox vaxt isə hobbidən işə çevrilən vasitədir.

Bloqer nə etməlidir? 

1. Bloqer faydalı məlumatlar paylaşmalıdır.
2. Reklam olsun deyə məhsulu boş mənasız şəkildə paylaşmamalıdır.
3. "Tövsiyə edirəm" , "Alın" deməməlidir. Çünki həmin məhsul və ya başqa hər nə isə qarşı tərəf üçün əks təsir göstərə bilər.
4. Yalnız lüks məhsulların paylaşımını etməməlidir. 
5. Bloqer reklam meneceri olmadığından hər aldığı və ya reklam təklifi üçün gələn məhsulu paylaşmalı deyil. 
6. Seçici olmalıdır! 

Bloqerlik xüsusən fashion  və ya beauty üzərindədirsə zövq anlayışı daha çox olmalıdır. "Kosmetika haqqında bir az  məlumatım var" deməklə beauty bloqer olunmur.
Həmçinin bu fashion bloqerliyə  də aiddir.  Sırf bahalı görünsün deyə fake məhsullar geyinmək  olmaz. Onunla , sadəcə kütləni aldatmaq olar.  Saxta  “Gucci” kəmər,  “Gucci”ayaqqabı, “louis Vuitton” çanta istifadə edib orjinal səhifələri tag etməklə fashion bloqer olunmur. Özünə fashion bloqer deyən şəxs ucuz geyimi belə zövqlə geyinib kütləyə yeni fikirlər aşılayan biri olmalıdır.