1. Ana səhifə
  2. Bloqerlərin etiyi 10 səhv

Bloqerlərin etiyi 10 səhv

Müəllif : Bənövşə Zeynallı
Əlavə olunub : 07.26.2018

Öncəliklə bloqer kimdir? Kimlərə deyilir? Qısaca məlumat verək.


Blogger müəyyən bir sahə haqqında kontent hazırlayan və müəyyən üsullarla onu paylaşan şəxsdir. Xüsusilə son dövrlərdə internet üzərindən sosial şəbəkələr vasitəsilə müəyyən kütləyə sahib olan şəxslərə deyilir. Bir çox istiqamətləri mövcuddur: dəb, makiyaj, life style (həyat tərzi), DIY(əl işləri) və s.

 

Təbii ki, hər işdə olduğu kimi bu işdə də müəyyən səhvlərə yol verilir. Onlar hansılardır?

 

1. Mətn yazarkən “W”, “sh”  kimi qrammatik səhvlər edilir. İlk olaraq öz blogunuzda və yaxud öz səhifənizdə mətn paylaşacaqsanız o, Azərbaycan dilində olmalıdır. Təbii ki, bildiyiniz başqa dilləri də əlavə edə bilərsiniz.


2. “Dağınıq “   bir səhifə bloqer üçün mənfi haldır. Nəticə olaraq biz şəkillərə önəm verməliyik.  Bir bloqer üçün səhifə  onun portfoliosudur . Nə qədər düzgün idarə etmiş olsanız izləyici sayı da bir o qədər artar.


3. İnstagram üçün təbii ki, yazıdan öncə şəkil vacibdir. Bunlar üçün əsas nüanslardan biri “porfolio” rəng uymu, aydın çəkilmiş şəkillərdir.


4. Səhifəni düzgün idarə etmək, bir mövzu haqqında irəliləmək önəmlidir. Fashion (dəb) blogeri olub food ( yemək) blogeri kimi şəkillər yükləmək yalnışdır.


5. Təbii ki, səhifə açmazdan öncə ad seçimi düzgün olmalıdır. Düzgün ad hər zaman insanların diqqətini cəlb edir. Məsələn : hər hansı səhifə adının sonu  book  və ya food’ la bitib lakin,  fashiona aid paylaşımlar etmək yalnışdır.


6. Səhifənin  öz seçimi olmalıdır və iki müxtəlif  mövzu haqqında yazmaq, şəkil paylaşmaq olar. Bu,  düzgün idarə edilib, seçildikdə mümkündür.


7. Səhifə mövzusu nə olur olsun, əsas məqsəd insanlar üçün faydalı, düzgün, məlumat verməkdir. Kontenti (məzmunu) müəyyən etmək, yaratmaq səhifə üçün əsas faktorlardan biridir.


8. Səhifə idarə etmək , müəyyən izləyici kütləsinə sahib olmaq bunlar gözəl nüansdır. Lakin, belə bir gerçək var ki, hər kəs sizi sevə bilməz, sizin bəyəndiklərinizi bəyənə bilməz və sizə bəzən aqressiv şəkildə öz rəyini  bildirə bilər. Bu kimi hallarda sizin edecəyiniz etik qaydalara riayət edərək aqressiyanı müsbət rəyə çevirmək olacaq, əks halda hisslərinizə mane olmayıb cavab yazarsanız bir nəfərə qarşılıq bir neçə nəfər itirə bilərsiniz.


9. Sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib və insanların əksəriyyəti sosial şəbəkələrdən istifadə edir. Ona görə bir çox mağaza, brend,  sahibkarlıqla məşğul olan hər kəs izləyici sayının çoxluğundan asılı olaraq müəyyən blogerlərə reklam təklifləri göndərir. Burda siz bütün reklam təklifini qəbul edə  və ya öz izləyicilərinizi düşünərək sınaqdan keçirdiyiniz məhsulları paylaşa bilərsiniz seçim sizindir. Kontenti qoruyaraq, izləyicini düşünərək təklifləri qəbul etsəniz bu sizin səhifə üçün müsbət hal olar. Paylaşım edərkən  reklam etdiyiniz brendi standart yorucu reklamlardan fərqli konseptdə təqdim etmək arzuolunandır. Bir brendin dəfələrlə etiket olaraq qoymaq qeyri proffesional görüntü yaradır


10. Bloqerliyə  nə qədər ciddi, professional  yanaşsanız o sizin üçün peşəyə çevrilə bilər. Bunun üçün isə ilk növbədə izləyicilərlə hər zaman əlaqədə olmaq,  inboxa ünvanlanan suallara cavab vermək, faydalı məlumatlar paylaşmaq və hər daim səhifəni yeniləmək lazımdır. Əks halda sıxıcı və maraqsız kontentə sahib olub diqqət mərkəzindən uzaqlaşacaqsınız.