1. Ana səhifə
  2. "Bloggerlik bir peşədir və ona yiyələnmək lazımdır"

"Bloggerlik bir peşədir və ona yiyələnmək lazımdır"

Müəllif : Balım Əhmədzadə
Əlavə olunub : 06.04.2018

1 aprel tarixində Start Coworking Centerdə təşkil etdiyimiz və Mehriban Həsənovanın təqdimatı ilə "Bloggerlik bir peşədir və ona yiyələnmək lazımdır" adlı seminar keçirildi. Peşəkar food blogger və influencer eyni zamanda Sosial Media Marketing mütəxəssisi olan Mehriban Həsənova iştirakçılarla auditoriyanın cəlb edilməsi və qorunub saxlanılması, auditoriya ilə ünsiyyətin düzgün qurulması, sosial şəbəkələrdən pul qazanmağın yolları, "hater"-lərlə mübarizə qaydaları, bloqerlərin etdiyi səhvlər və ən əsası krizis menecment mövzusunda öz təcrübəsini bölüşdü. İştirakçılar üçün də olduqca maraqlı olan seminarda Mehriban xanım eyni zamanda öz işlərini və video-çarxlarını iştirakçılarla bölüşdü. Təlimdən fotoşəkilləri və video-çarxı sizlərətəqdim edirik.

Siz də Blogstarın təşkilatçılığı ilə baş tutan seminarlarda iştirak etmək və bu sahədə özünüzü inkişaf etdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyərək baş tutacaq seminarlarımızdan xəbərdar olun.