1. Ana səhifə
  2. Max Factor brendinin yeni məhsullarının təqdimatı keçirildi

Max Factor brendinin yeni məhsullarının təqdimatı keçirildi

Müəllif : Balım Əhmədzadə
Əlavə olunub : 06.04.2018

  16 mart Qafqaz Baku Sport Oteldə Sabina Parfumery and Cosmetics tərəfindən MaxFactor brendinin yeni məhsullarının təqdimat mərasimi baş tutdu. Bloqerlərə təqdim edilən məhsullar arasında Max Factor Healthy Skin Harmony Miracle Foundation tonal bazası, Masterpiece Lash Crown tuşu, Honey Lacquer dodaq parladıcısı, Smokey Eye Matte Darama Kit  göz kölgələri vardı.  Max Factor Healthy Skin Harmony Miracle Foundation tonal bazası istifadə edildikdən sonra dərini 24 saat nəmlənmə, günəşdən müdafiə və yağlı parıltının qarşısını alan xüsusi formul sayəsində yarı-mat örtük, stress faktorları ilə mübarizə ilə təmin edir. Nəticədə dəri qüsursuz, təravətli görünüş əldə etmiş olur.

  Qeyri-adi fırçaya sahib Masterpiece Lash Crown tuşu kraliça baxışları üçün kiprikləri uzadır və bir- birindən ayırır. Tac formalı uca malik fırça ən kiçik kirpikləri belə boyayaraq vurğulayır.

  Dolğun piqmentə malik Max Factor Honey Lacquer dodaq parıltısı dodağa balzam kimi nəmləndirici effekt və lak parıltısı bəxş edir.

  Bir-biri ilə gözəl uyğunlaşan dörd çaları özündə birləşdirən Matte Darama Kit  göz kölgə paleti peşəkar olmayanlar üçün belə keyfiyyətli makiyaj yaratmağa kömək edir.

Tədbirdə yeni məhsulların təqdimatı ilə yanaşı yeni 
#MyFactor-layihəsi haqqında da ətraflı məlumat verilərək bloqerlər də layihəyə cəlb olundu. Bu layihə xanımları öz xarici görünüşlərində ən cazibəli hesab etdiklərini hissəni tapıb, vurğulamağa çağırır. Bəs sizin "faktor"unuz nədir?