1. Ana səhifə
  2. Metamorfoz : Məzuniyyət günü

Metamorfoz : Məzuniyyət günü

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 10.03.2018

Və artıq  gözlədiyimiz gün gəlib çatdı. Bəli, o gün Metamorfoz layihəsinin  iştirakçılarının məzuniyyət günüdür. Tədbirimizin gözəl və istedadlı aparıcısı olan səyahət  bloqqerimiz Nərmin Knyazın təqdimatı, Səmayhf restoranının bir-birindən dadlı yeməkləri və canlı musiqisi ilə yadda qalan bir axşam oldu.  İki ay davam edən təlimdə yaranan dostluqlar, əlaqələr, kəşf olunan bacarıqlar və ötürülən informasiyaları saysaq siyahı bitməz. Elə bu layihəmizin əsas məqsədi bloq sektoruna giriş etməyə can atan gənclərimizi dəstəkləmək, onları düzgün istiqamətləndirmək və yeni influencerlər yaratmaq idi və məqsədimizə də çatdıq. Bu kimi keyfiyyətlərin hər biri tədbirdə öz səmimi ab-havasını qonaqlarımıza yaşatdı.  Tədbirin rəsmi hissəsində iştirakçılar və təlimçilərimizi öz hədiyyələriylə sevindirən sponsorlarımızı, əlbəttə unutmaq olmaz. Təlimboyu dəstəyini əsirgəməyən baş sponsorumuz online ətir mağazası olan Aromania.az öz təşəkkürümüzü bildiririk. Digər sponsorlarımıza gəldikdə isə onların arasında hər birimizə tanış olan Sabina Perfumery & Cosmetics mağazaları şəbəkəsi, Azərbaycanın ən böyük texnologiya üzrə xəbər  portalı olan Technote, online kosmetika məhsulları mağazası Muse.az, zərif və gözqamaşdıran aksesuarlara sahib MyBravo Bliss aksesuar mağazaları və son olaraq  ofis sponsorumuz Youth Inc -  hər birinə iştirakları və dəstəklərinə görə dərin minnətdarlığımızı bildiririk!