1. Ana səhifə
  2. Yeni Mon Guerlain təqdim edildi!

Yeni Mon Guerlain təqdim edildi!

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 03.03.2018

Guerlain ətriyyatçılarının artıq beş nəsli qeyri-adi inqredientlər axtarışında dünyanın ən ucqar nöqtələrinə səyahət edirlər. Guerlain brendinin yaratdığı hər bir məhsul bitki yetişdirən, onlardan ətirli ekstraktlar alan və distillə edən yüksək dərəcəli peşəkarların böyük əməyinin nəticəsidir. Ətriyyatçıların çiçək plantasiyaları və elmi laboratoriyalarda emosiya və həyəcanları Yeni Mon Guerlain ətrinin notları ilə nəticələndi. 
Və beləliklə, 27 fevral @sabina_perfumery_cosmetics tərəfindən  Guerlain Evinin yeni #MonGuerlain Florale ətrinin təqdimat mərasimi keçirildi. 
Xüsusi qonaqların iştirakı ilə baş tutan tədbirdə Guerlain brendindən çiçək ətirli yeni parfümü təqdim edildi. Tədbirdə florist tərəfindən möhtəşəm çiçək dəstələrinin yığılması ilə bağlı peşəkar ustalıq təlimi keçirildi. Daha sonra isə Guerlain məhsulları və çiçək dəstələrinin qazanılması üçün müsabiqə keçirildi. Tədbirin unudulmaz hissəsi isə üzərində adlar yazdığı flakonların hər bir qonağa özəl hiss etmələri üçün təqdim edilməsi oldu. Qeyd edək ki, çiçək ətrindən olan, müasir zərifliyin himni sayılan yeni parfüm suyu Mon Guerlain obrazı Ancelina Colinin təcəssüm etdirdiyi güclü, azad və cazibəli qadına həsr olunub.