1. Ana səhifə
  2. Food testing: ART Club

Food testing: ART Club

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 22.02.2018

Ötən günlərdə, Blogstarın təşkilatçılığı ilə bloqqerlərimiz “Art Club” restoranının yeni menyusunun dequstasiya günündə qonaqları oldular. Ləzzətli təamları, kreativ dizaynı, rəngarəng qalereyası və səmimi işçi heyətindən ibarət bu məkan sözün əsl mənasında, Blogstar komandasının və bloqqerlərimizin qəlbini fəth etdi. Art Club restoranı həmçinin butik hotel kimi fəaliyyət göstərir, bundan əlavə,  qalereyası bir-birindən fərqli rəsm əsərləriylə seçilirdi. Hər guşəsi incəsənəti əks etdirən bu məkana mütləq baş çəkməlisiniz.   

 

Ünvan: 9 Asəf Zeynallı küç, Bakı AZ1000