1. Ana səhifə
  2. Metamorfoz nədir?

Metamorfoz nədir?

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 19.02.2018

Bloqstarın təşkilatçılığı və Aromania.az baş sponsorluğu il həyata keçirilən bu layihə əsasən, aşağıdakı sualları cavablandırır :

 - Bloq nədir? Necə bloqqer olmaq olar? Necə izləyici toplaya bilərik? Ən əsası keyfiyyətli kontenti necə yarada bilərik?

 - Blog üçün veb səhifənin yaradılması. ​​Domain necə ala bilərəm?

 - İnfluncerlər nəyə diqqət etməli? Youtube vasitəsilə pul qazanmaq​​​​​ 

 - Üz konturlarını tanımaq, saxta məhsullardan qorunmaq, paylaşım fotolarında makyajın önə çıxarılması​​

 - Video montaj

 - Brendin yaradılması, kolleksiyanın yaradılması, eskizlər

 - Dijital PR, Instagram hesabının düzgün idarə olunması,Instagram alətlərindən effektiv istifadə üsulları 

 - Bloqqerliyin əsasları, izləyicilərlə münasibət, şirkətlərlə iş birliyi ​​​​.

Seminarda yalnız seçilmiş 8 nəfər iştirakçı təcrübəli təlimçilərlə görüş imkanı qazandı. Bu təlimin əsas məqsədi karyera qurmaqda ilkin addımları atmağa başlayan gənclərimizi cəsarətləndirmək, onları düzgün istiqamətləndirmək və maarifləndirməkdir. Iki ay ərzində layihə çərçivəsində iştirakçılar işinin peşəkarı olan müxtəlif sahədən olan təlimçilərimiz tərəfindən bir çox mövzularda nəzəri və praktiki olaraq məlumatlandırıldılar.  ​​​​​​Təlimçilərin arasında tanınmış və peşəkar mütəxəssislər - Səma Abıyeva ( @semaabiyeva - Dj, analar.az saytının redaktoru və Youtuber ), Nərmin Knyaz ( @narminknyaz - səyahət bloqqeri və  Youtuber ), Nəzrin Ağarzayeva ( @navistyles_com - dəb üzrə bloqqer və dizayner ), İnara Babayeva( @goldynana - SMM/​​​​PR specialist ), Orxan Həmzəyev -  web developer, Günel Fərhadlı ( @fsadaa - food bloqqer və fotoqraf ), Sevinc Məmmədova ( @vogue_tips_- dəb üzrə bloqqer və dizayner ), Nərgiz Sakin ( @nargizsakin - vizajist ), Sevda Bağırova ( @sevas_mva - grafik dizayner ), Elvin Məmmədov ( @elvinmammadou - fotoqraf və videoqraf ) və Fidan Nəzərəli ( @nazfoodblogging- food bloqqer ) var idi. Sadalanan təlimçilərimizin hər biri iştirakçılarla öz sahələrinin incəliklərini və təcrübələrini bölüşdülər. Çox faydalı və işgüzar dərslərimizdən olan görüntüləri sizə təqdim edirik.