1. Ana səhifə
  2. Tea talks with book bloggers

Tea talks with book bloggers

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 05.01.2018

Neçə gündür səbirsizliklə gözlədiyimiz Tea talks with book bloggers artıq baş tutdu. El Viento Art&Crafts Cafedə çox səmimi bir atmosferdə kitab sevərlərimizlə birgə Şirinlik Butik tərəfindən bloggerlərimiz üçün hazırlanmış dadlı cupcakeləri dadaraq maraqlı və bir o qədər də faydalı müzakirələr edildi. Bloggerlərimiz Fidan xanım, Pərvanə xanım, Nigar xanım, Amina xanım və Mirhüseyn bəy, Süleyman bəylə aparılan söhbətlərdən sonra Azərbaycanda da kifayət qədər kitabsevərin olduğu qənaətinə gəldik və bu yöndə nə cür yeniliklər edə biləcəyimizdən danışdıq. Kitaba olan marağın daha da artırılması üçün bu tərz tədbirlərimizin sayını artıracağımıza söz də verdik.

P.S.: Bizimlə bir olduqları üçün hər bir bloggerə, çox gözəl şirniyyatlarına görə Şirinlik Butikə və ən əsası bu sevimli kafe üçün Aysel xanıma öz dərin minnətdarlığımızı bildiririk!