1. Ana səhifə
  2. Bloggerliyin ilkin mərhələləri üçün tövsiyələr

Bloggerliyin ilkin mərhələləri üçün tövsiyələr

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 08.11.2016

Bu gün bir blog sahibi olmaq artıq çox asandır. Pulsuz proqramlar və internet vasitəsilə tapa biləcəyiniz sayısız qaynaq ilə blogunuzu dəqiqələr içərisində qurub həyata keçirə bilərsiniz.

Lakin əsl iş bundan sonra başlayır. Əgər blogunuzu yalnız özünüz üçün yazmır və insanların da izləməsini istəyirsinizsə, əlinizdəki ən əhəmiyyətli vasitə məzmun olacaqdır. İstər tək nəfərlik nəhəng bir heyətə, istər çox yazarlı bir quruluşa sahib olsun, blogunuzun məzmununa lazımlı əhəmiyyəti verməzsəniz bir müddət sonra ziyarətçi statistikalarına baxmaq sizdə öz-özünüzə danışırmış effekti yaradacaq.

Xüsusilə yeni başlayan və orta səviyyə blog yazarlarının işinə yarayacağını düşündüyümüz, məzmunla əlaqədar 8 əhəmiyyətli ipucunu bir araya gətirdik.

  • Kimin üçün yazırsınız?

Yazdıqlarınızın oxumasını istəyirsinizsə, hədəf kütlənizdə kimlərin olduğunu, nəyi sevib, nəyi sevmədiklərinirini anlamağa çalışmaq məcburiyyətindəsiniz.

Başlanğıcda hədəf kütlənizlə əlaqədar təxminləriniz 100% müvəffəqiyyətli təxminlər olmaya bilər. Heç düşünmədiyiniz tip istifadəçilər sizi izləməyə başlaya bilər. Bu vəziyyət son dərəcə təbiidir.

Hazırladığınız məzmun sizin başlanğıcda hədəf olaraq seçdiyinizdən fərqli bir kütlənin marağını çəkə bilər. Məsələn siz photobloggerlərə xitab etməyi planlaşdırdığınız halda dəblə maraqlı, amma yeni başlayan istifadəçilər saytınızı daha faydalı görmüş ola bilərlər.

Əgər bu maddənin sualına "Özüm üçün yazıram." cavabını verdinizsə, sizə 20 dəqiqə artıq vaxt itirməməyiniz üçün birbaşa sonuncu bəndə keçməyinizi tövsiyə edirik.

  • İstinad edin, köçür-yapışdır əsla!

Xüsusilə yazmağa yeni başlamısınızsa, qısa müddət sonra bunun sandığınız qədər asan bir iş olmadığının fərqinə varacaqsınız. İlk zamanlarda gündə bir neçə dəfə yeni yazı paylaşarkən, bir müddət sonra həftədə bir neçə dəfə, daha sonralar isə ayda bir-iki yazıya düşə bilər.

Bu vəziyyətdə çoxu zaman blog boş qalmasın, nəşr olunan yazıların arasında çox uzun müddət olmasın deyərək asan yoldan məzmun əldə etmək ağla gəlir. Bir müddət sonra özünüzü hər gün başqa blogların və ya nəşrlərin məzmununu kopyalayarkən tapa bilərsiniz. Bu blogunuzun sonu deməkdir. Çünki oxucular üçün bu yazıların orjinal qaynağına çatmaq və xüsusi məzmunları qaynağından təqib etmək heç də çətin deyil.

Digər tərəfdən istinad etmək mövzusunda vəziyyət çox daha fərqlidir. Siz öz xüsusi məzmununuzu çıxararkən, mövzuyla əlaqədar məlumatlandırıcı və ya əyləncəli götürmələr edib, bir də bunu edərkən qaynaq göstərsəniz yalnız məzmununuzu zənginləşdirmək qalmaz, okuyucularınıza eyni mövzunu başqa yerdə bir vaxt tapa bilməyəcəkləri fərqli perspektivlərdən köçürmə şansına çatarsınız.

  • Səmimi və mümkünsə əyləncəli yazın.

Əgər yazdığınız mövzu çox texniki deyilsə, yazı dilinizi səmimi və əyləncəli hala gətirməyə çalışın. Mövzu uyğun olduğu müddətcə hər kəs hər mövzunu bir az daha səmimi və əyləncəli bir halda oxumaqdan məmnun olur.

Əgər zarafat qabiliyyətinizə güvənirsinizsə, yazı daxilinə (şişirtmədən) kiçik zarafatlar əlavə etməyə çalışın.

Digər tərəfdən bunun olduqca riskli olduğunu da nəzərdən qaçırmamaq lazımdır. Əgər doğru dozanı tapa bilməsəniz yazılarınız oxucular tərəfindən çox "şit" görünə bilər. Zarafatlarınıza yaxın yoldaşlarınız çox gülə bilər, amma şifahi zarafatlardakı ləzzəti yazıya köçürmək hər zaman asan deyil.

  • Mövzuya dəyər qatın.

Xəbərlər tipli yazılar üçün bir xəbəri ilk köçürən olmaq yəni "breaking news" həyati əhəmiyyət daşıyır, amma bu tip xəbərlər çıxarmaq hər kəs üçün asan, hətta mümkün olmaya bilər. Professional nəşrlərin bu tərzdə xəbərlər nəşr imkanı və potensialı çox daha yüksək olduğu üçün onlarla bu mövzuda yarışmaq, xüsusilə yeni başlayan blog üçün mümkün deyil.

Ən yaxşısı öz blogunuzda köçürməyə uyğun olduğuna inandığınız son dəqiqə xəbərlərini qaynaq göstərərək, istinad olaraq istifadə. Lakin burada ikinci maddədəki köçür-yapışdır tələsinə düşməmək üçün bu xəbərə öz şərhinizi əlavə dəyər qatmağınız ən məntiqlisi olacaq.

Oxucuların çox böyük qismi o xəbəri onsuz da ilk nəşr qaynağından oxuyacaqdır. Eyni xəbəri sizin blogunuzda təkrar oxumaları üçün tək etibarlı səbəb sizin başqa yerdə olmayacaq xüsusi şərhinizi əlavə etməyiniz olacaqdır.

  • Oxucunuza hörmət göstərin.

Oxucunuz əsla şişirtmə olaraq xarakterizə edilən bir yazını oxumaq məcburiyyətində deyil. Əsla asana qaçaraq, onlara pis məzmun təqdim etməyin və qulaqdan qulağa eşidilən məzmunu təqdim etməyin. Yaxşı bir məzmunun çatdığı bir adam sizə 10 yeni oxucu qazandıra bilər. Digər tərəfdən pis bir məzmun üzündən itirdiyiniz oxucunu təkrar geri qazanmaq sandığınızdan çox daha çətin ola bilər.

  • Blog açacağınız yeri seçin.

Hansı mövzuda yazmağa və blogunuzun adını tapdınızsa sıra gəldi açmağa. İnternetdə WordPress, Blogger kimi müxtəlif pulsuz blog aça biləcəyiniz bir çox məcra var. Bunlar interfeysləri etibarilə çox texniki məlumat bilmədən də sizə asanca blog açmaq imkanı təqdim edir. Bunun üçün daha çox araşdırma edib özünüzə daha asan, maraqlı və çoxseçimli olan məcranı seçə bilərsiniz.

  • Əsəblərinizə hakim olmağı öyrənin.

İnternetin bu gün çatdığı nöqtənin ən böyük üstünlüklərindən biri də insanların ən praktiki şəkildə bir-birləri ilə qarşılıqlı təsirə girə bilmə imkanıdır. Artıq hər hansı bir mövzuya şərh etmək çox asandır. Hər blog yazıçısının istədiyi şey, yazısına daha çox şərh edilməsidir.

Lakin hər şərh gözlədiyiniz tərzdə olmaya bilər. Təəssüf ki, internet bəzi istifadəçilərin içlərindəki müxalif hissləri çox asan bir şəkildə ortaya çıxarmaqlarına da kömək olur. Düzəliş və ya şərh olmaqdan uzaq, ağır tənqid və hətta təhqir ehtiva edən şərhlərin sayı çox təəssüf ki, heç də az deyil.

Əgər blogunuza əhəmiyyət verirsinizsə, yəqin ki, siz də bu tip mənəvi pozucu şərhlərlə qarşılaşacaqsınız. Bu tip vəziyyətlərdə ən tez-tez təkrarlanan səhv, bu tip şərhlərə eyni tərzdə cavablar verməkdir. O şərhi edən adam bəlkə də mövzunu ertəsi gün unudacaq, siz də 3 gün sonra fikir verməyəcəksiniz, lakin internetin yaddaşı hamımızdan daha kəskindir və o gərəksiz şərhə verdiyiniz gərəksiz cavab internetdə varlığını çox uzun müddət qoruyacaq.

Bu tip vəziyyətlərdə ən gözəli mövzudan uzaq şərhləri görməməzlikdən gəlməkdir. Siz cavab verdikcə o mövzu uzanacağı və öz cığırından çıxa biləcəyi üçün özünüzə hakim olmağı öyrənməlisiniz. Əgər şərh həqiqətən haqsızdır, onsuz da digər oxucular müdaxilə edəcəkdir. Əgər onlar da müdaxilə etmir və hətta şərhi dəstəkliyirlərsə, bəlkə də həqiqətən bəhs edilən mövzunu və özünüzü inkişaf etdirməlisiniz.

Qısa şəkildə desək əsəbinizə hakim olun və şərhlərə fikir verərkən, gərəksiz müzakirələrdən də uzaq olmağa çalışın.

  • "Özüm üçün yazıram."

“Mən özüm üçün yazıram, kimsə oxumasın.” deməyin. Hər kəs yazdıqları oxunsun istəyər. Bu bir gerçəkdir. Daha çox oxucuya çatmaq üçün ictimai media ən əhəmiyyətli vasitədir. Facebook, Twitter, Google+ kimi platformalardan faydalanın və siz də öz blogunuzu daha maraqlı hala gətirin və oxucu kütlənizi artırın. :)

Son olaraq, əgər bu məqaləni bu cümləyə qədər oxumusunuzsa, Instagram hesabımızdakı son postumuza öz fikirlərinizi yaza və “delfin” ifadəsi (smiley) əlavə edərək bizə işarə verə bilərsiniz. ;)