1. Ana səhifə
  2. Blogstar.Az təqdimat günü (Video çarx)

Blogstar.Az təqdimat günü (Video çarx)

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 05.01.2018

Sentyabr ayının 26-sı  Blogstar layihəsinin Lvov Şokolad Evində təqdimat günü baş tutub. Blogstar Azərbaycanlı bloggerləri bir araya toplayan və professional bloggerlərin təcrübələrindən yararlanaraq yeni başlayan gənc bloggerlərə dəstək göstərən yeni bir layihədir.
Təqdimat günündə blogstar.az saytının təqdimatından öncə Azərbaycanın sevilən və tanınmış bloggerlərinin də iştirak etdiyi promo video izlənilib. Lilac Flower Boutique, Sehr Gallery, Christina Cosmetics, Shripper, Sky Photo Agency kimi  dəyərli dəstəkçilərimizin layihə barədə fikirləri dinlənildi, eyni zamanda stilist Aynur Güzel (caspianvogue), professional fotoqraf Zaur Nəcəfbəyov kimi bloggerlər layihə rəhbəri və komandasına ideya və təkliflərini bildirdilər. Günün sonunda xatirə fotoları çəkilib və lviv şokoladlarından dadılıb.

                                   
   Təqdimat gününün arzuolunan keçməsindəki dəstəklərinə görə Lvov Şokolad Evi rəhbərliyinə və dəstəkçilərimiz Lilac Flower Boutique, Sehr Gallery, Christina Cosmeticsə, fotoşəkillərin və təqdimat videomuzun çəkilişi üçün isə  Mamed Mustafayevə, Sahib bəyə (Jeff Statham) və Nailə Qasımlıya öz dərin minnətdarlığımızı bildiririk.