1. Ana səhifə
  2. Fotoblog nədir? Necə Foto Blogger olmaq olar?

Fotoblog nədir? Necə Foto Blogger olmaq olar?

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 05.01.2018 / 22:24


 

Fotoblog nədir?

Adından da göründüyü kimi fotoblog əsasən öz şəkillərini digərləri ilə bölüşmək üçündür. Ümumən şəkillər xronoloji ardıcıllıqla düzülür, yəni ən son yüklənən şəkil birinci, ondan əvvəlki ikinci və s. yerləşir. Adətən şəkillər onların şərhləri ilə yerləşdirilir. Şəkil harada çəkilib, necə çəkilib, nə məqsədlə və s. ağıla gələ biləcək əlavələrlə yerləşdirilir. Çox vaxt şəkillər bir mövzu başlığı altında birləşir, yəni təbiəti, insanları və yaxud da küçələri əks etdirir, amma bu bir qayda deyil, müxtəliflik də ola bilər. Bu sizdən asılıdır, mövzularınız bir-birindən çox müxtəlif, dağınıq halda da ola bilər.

Nə üçün insanlar “Fotoblog”layırlar?

Bir az araşdırma apardıqdan sonra öyrəndim ki, fotoblogging internet üzərində sözün əsl mənasında partlayışa səbəb olub. Hal-hazırda istifadə edə biləcəyimiz çox əlverişli və müxtəlif növ fotokameralar və şəkilləri bölüşmək üçün bir növ sayt bolluğu var. Müxtəlif sahələrdən, ixtisaslardan olan insanlar elə müxtəlif səbəblərə görə də fotoblogginglə məşğul olurlar. Bəziləri həvəskardır, digərləri professional, bəziləri isə hətta bu ikisinin arasında bir şeydir. Ümumən baxıldıqda dünyanın müxtəlif yerlərindən olan insanlar əlaqədə olmağı, cavab almağı və ideyalarını bölüşməyi sevirlər və fotoblog bunu reallaşdırmaq üçün çox gözəl bir vasitədir. Buna görə də gəlin ilk addımları sistemli şəkildə necə atmağı öyrənməyə başlayaq.


Blogunuzu necə adlandırmalı?

Fərqi yoxdur, siz bunu biznes üçün edirsiniz və ya hobbi olaraq. Düzgün ad seçimi hər zaman çox önəmlidir, çünki bu sizin blogunuzun kontentinə tam aydınlıq gətirəcək və izləyicilərin sizi rahatlıqla tapmasına səbəb olacaq. Təbiidir ki, bu uzun düşüncə tələb edir, elə bir ad seçməliyik ki, bu həm mənalı olsun, eyni zamanda da yaddaqalan. Amma hər bir şey sizin ixtiyarınızda olduğu kimi seçim də sizindir, hətta istəsəniz blogunuza qeyri-adi ad da verə bilərsiniz. Ad seçərkən bu müddəalara fikir verə bilərsiniz:

Yaşadığınız ərazi: məsələn, “Mərkəzi yaxın çəkimlər” və ya “Bakıətrafı maraqlar” və s.
Siz kimsiniz? Bəlkə siz divasınız və ya evdar xanım, ola bilsin ki, müəllim. Bunlardan da yola çıxaraq seçim edə bilərsiniz.
Asan və yaddaqalandırmı? Nəzər yetirməli ən vacib məqamlardan biri də budur ki, ad seçimi edərkən çalışmaq lazımdır ki, uzun, yadda qalmayacaq adlardan qaçasınız. Çünki ad nə qədər asan səslənirsə bu izləyicilərin sizi tapmasına bir o qədər şərait yaradır. 
Sizin fotoblogunuz yaddaqalandırmı? Şəkli şərh edərkən terminlər, xüsusi işarələrdən qaçınmaq lazımdır. Buna görə də öz dəsti-xəttinizi tapıb, onlardan istifadə düzgün olardı. 
Siz nələr haqqında fotobloglaya bilərsiniz?

Əşyalar - diqqətlə nəzər salsanız, ətrafımızda bir çox maraqlı əşyaların, strukturların olduğunu görəcəksiniz.
“Timelapse” - doğrudur bu bir az zaman və səbr tələb edir, amma nəticə çox maraqlı olur.
Günün şəkli - günə bir şəkil konsepti asan səslənsə də siz 365 gün işləməli olacaqsınız.
Gözə görünməyən irəliləyişlər - müxtəlif irəliləyişləri görüntüləyə bilərsiniz.
Səyahət - səyahəti sevənlər, getdikləri yerin gözəlliklərini görüntüləyib bunu öz izləyiciləri ilə bölüşə bilərlər.

Son söz

Öz fotoblogunu yaratmaq çox əyləncəli və həyacanverici hobbidir hansı ki, həm professional, həm də həvaskarlar tərəfindən həyata keçirilə bilər. Bir az səbr və özünüzü həsr etməklə siz çox böyük nəaliyyətlər edə bilərsiniz. Sonda öz kütlənizi toplayıb, dünyaya açıla bilər və hətta bunu gəlir mənbəyinə də çevirə bilərsiniz.