1. Ana səhifə
  2. Daşlaşmış insanlar şəhərinə virtual səyahət

Daşlaşmış insanlar şəhərinə virtual səyahət

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 29.12.2017

Pompey — Eramızın 79-cu ilində Vezuvi vulkanının güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır.

Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.

   Aygün xanımın bu səfərki səyahəti bizə Pompeyi daha yaxından görməyə kömək edəcəkdir. İzlədikdən sonra öz fikirlərinizi bizimlə bölüşməyi və Aygün xanımın YouTube kanalına abunə olmağı unutmayın.