1. Ana səhifə
  2. "Öz brendini yarat"

"Öz brendini yarat"

Müəllif : Fidan Nasibova
Əlavə olunub : 28.11.2017 / 19:33

Blogstar.az layihəsi nəzdində Nəzrin Ağarzayeva xanımın navistyle_com  "Öz brendini yarat!" adlı ilk seminarı Barama İnnovasiya Mərkəzində baş tutmuşdur.
Seminar zamanı:
 -Biznes plan qurmaq;
 -Büdcəni tənzimləmək;
 -Azərbaycanda dəb bazarını necə araşdırmaq olar;
 -Kolleksiya qurduqda nələrə diqqət etməli;
 başlıqları haqqında Nəzrin xanımın öz təcrübələrinə əsasən məlumatlar verildi. Seminar iştirakçıları maraqlı suallarıyla keçirilən zamanı daha səmərəli etdi. Tea break zamanı maraqlı söhbətlər edildi. Seminarda Nəzrin xanımla yanaşı dəyərli bloggerlərimiz Aysel Hüseynova (visage_byays), Lalə Əhmədova (eh_laleh) və Aliyə Hümmətova (aliyarouge) da iştirak edirdi. Seminardan sonra iştirakçılar, bloggerlərimiz və Blogstar teamlə birgə fotolar çəkildi. Bu gün bizimlə birgə olan hər kəsə təşəkkür edirik! Qarşıdakı günlərdəki seminarlar barədə ətraflı məlumat saytımızda və digər sosial media hesablarımızda paylaşılacaq.