Ana səhifə / Media arxivi / Yeni Miss Dior təqdim olundu
Tədbirlər ·Yeni Miss Dior təqdim olundu
Budur, Dior moda evi növbəti uğurlu bir işə imza atdı. Diorun məşhur ətriyyatçısı François Demaçinin məhsulu olan ətrin buraxılışı maraqlı video çarxla təqdim olundu. Bir neçə məşhur simaların rol aldığı bu reklamın əsas məqsədi təhsilsiz qadınlara yardım etməkdir. Sloqan isə belədir "Bəs sən sevgi üçün nələrə qadirsən?" (What would you do for love?) .Bu suala kreativ videoyla cavab verən hər bir kəs 1$ ianə etmiş olur. Reklamda baş rolu isə 2010-cu ildən bəri Miss Diorun üzü olan məşhur Hollywood aktrisası Natalie Portman oynamışdır. Ətrə gəldikdə isə hədsiz qalıcılığa malik şirin qoxusu var. Ətrin tərkib hissəsi bunlardan ibarətdir: sitrus notları- mandarin və limon, çəhrayı bibər, rouzvud ağacı, yasəmən ləçəkləri, Grasse qızılgülü, Dəməşq qızılgülü və paçuli. Ətri mümkün qədər az miqdarda istifadə etsəniz məsləhətlidir, əks halda ətrin qoxusu həddindən artıq tündləşə bilər
Oxşar materiallar
- Max Factor brendinin yeni məhsullarının təqdimatı keçirildi →
- Chef Rahkman Adore Market Açılış mərasimi →
- Yeni Mon Guerlain təqdim edildi →
- Food testing: ART Club →
Blogstar ilə işləyək
Kampaniya, təlim və ya əməkdaşlıq barədə sorğunuzu göndərin. info@blogstar.az
Sorğu göndərin