Ana səhifə / Media mərkəzi / Trendyol ilə ilk görüş: strateji tərəfdaşlığın təməli
Tədbir ·Trendyol ilə ilk görüş: strateji tərəfdaşlığın təməli

2023-cü ilin sentyabr ayında Azərbaycan bazarında fəaliyyətə başlamağı planlaşdıran Trendyol şirkətinin nümayəndələri Türkiyədən Bakıya səfər etdi. Blogstar komandası qonaqları işgüzar səhər yeməyində qəbul etdi.
Görüşdə yerli auditoriyanın xüsusiyyətləri, influencer marketinqinin regional bazardakı rolu və uzunmüddətli əməkdaşlığın mümkün modelləri müzakirə olundu. Bununla yanaşı, Trendyol nümayəndələri agentliklə əməkdaşlıq edən influencerlərlə tanış oldu.
Görüşün nəticəsi olaraq tərəflər affiliate modeli əsasında əməkdaşlığa başladı. Sonrakı dövrdə tərəfdaşlıq Reels kampaniyaları, influencer tədbirləri və Trendyol nümayəndə heyətinin Bakıya mütəmadi səfərləri ilə genişləndi.
Videoya Instagram-da baxın ↗Digər məqalələr
- Novruz ərəfəsində ənənəvi səməni masterklassı →
- The Night of the Influencers →
- Influencer School dördüncü mövsümü başa vurdu →
Blogstar ilə işləyək
Kampaniya, təlim və ya əməkdaşlıq barədə sorğunuzu göndərin: info@blogstar.az
Sorğu göndərin