Ana səhifə / Media mərkəzi / Trendyol Bakıda: milli üslubda brend görüşü
Tədbir ·Trendyol Bakıda: milli üslubda brend görüşü

2026-cı ilin oktyabr ayında Trendyol nümayəndə heyəti Bakıya dördüncü işgüzar səfərini həyata keçirdi. Səfər çərçivəsində Blogstar tərəfindən brend nümayəndələri ilə yerli influencerlərin görüşü təşkil olundu.
Tədbirin konseptual əsasını Azərbaycanın milli irsi təşkil edirdi. Məkanın tərtibatında xalçaçılıq ornamentlərindən, milli dekorativ elementlərdən və payız koloritindən istifadə edildi. Bu yanaşma xarici tərəfdaşın yerli bazarı təkcə kommersiya göstəriciləri ilə deyil, həm də milli dəyərlər prizmasından qavramasına xidmət edirdi.
Görüşün işgüzar hissəsində Trendyol nümayəndələri agentliklə əməkdaşlıq edən influencerlərlə birbaşa ünsiyyət qurdu. Müzakirələrin mövzusunu növbəti kampaniyaların strateji istiqamətləri və yeni əməkdaşlıq formatları təşkil etdi.
Qeyd edək ki, Blogstar ilə Trendyol arasında əməkdaşlıq 2023-cü ildən affiliate modeli əsasında həyata keçirilir.
Tərəfdaşlar: Cıdır Baku (məkan), Tulip Events (dekor), Rauf Yusifli (video), Bouquet.aze (floristika), Torte.az (desert).
Videoya Instagram-da baxın ↗Digər məqalələr
- Blogstar 10 yaşında: on illik inkişafın yekunu →
- Trendyol ilə üçüncü görüş: masterklass və işgüzar iftar →
- Bouquet.aze ilə ənənəvi masterklass →
Blogstar ilə işləyək
Kampaniya, təlim və ya əməkdaşlıq barədə sorğunuzu göndərin: info@blogstar.az
Sorğu göndərin